image-57131c40-0e76-42bb-b27b-eb43a471c9debackend

RUSİYA XƏZƏRDƏN UMAN ŞƏHƏRİNİ VURDU – Xeyli sayda ölən və yaralananlar var 

image-reklam_sirab_01

Dünən gecə Rusiya hərbi aviasiyası Ukraynanın Uman şəhərini qanadlı raketlərlə atəşə tutub. Dövlət qurumlarının yaydığı məlumata görə, nəticədə yaşayış binaları dağılıb, mülki infrastruktura ciddi ziyan dəyib. Hücum nəticəsində həlak olan dinc sakinlərin sayı 10 nəfərə çatıb, xeyli sayda yaralı var.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Umana endirilən raket zərbələri zamanı 10-a yaxın yaşayış binasına ziyan dəyib.

“İnsanlar dağıntılar altında qalıb. Təəssüf ki, yaralananlar və ölənlər var, o cümlədən uşaqlar” – deyə, dövlət başçısı bildirib.

Hücumlar Xəzər dənizindən havaya qalxan “Tu-95” təyyarələrindən atılan X-101, X-555 raketləri ilə gerçəkləşdirilib.

Ukrayna Silahlı Quvvələrin komandanı Valeri Zalujnı bildirib ki, HHM qüvvələri 23 qanadlı raketdən 21-ni zərərsizləşdirib.

Qeyd edək ki, Uman şəhəri Ukraynanın mərkəzində, cəbhə xəttindən uzaqda yerləşir.

Rusiya ordusunun Dnepr şəhərinə gecə raket hücumu nəticəsində bir ev dağıdılıb. Dnepropetrovsk vilayəti administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, iki yaşlı qız da daxil olmaqla iki nəfər ölüb, üç nəfər yaralanıb. Bundan əlavə, Dneprdə özəl müəssisənin binası dağıdılıb və tikinti bazası hələ də yanır. Lısakın sözlərinə görə, hərbçilər Rusiyanın 7 qanadlı raketini vurub.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko isə yazıb ki, Kiyev vilayətində 11 raket və iki pilotsuz təyyarə vurulub, ölən və yaralananlar barədə məlumat verilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki