image-6268664e329196268664e3291a16510091026268664e329176268664e32918backend

“Mançester Siti” “Real” Madridi məğlub edib

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Veteninfo.az-ın xəbərinə görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Gecənin yeganə matçında İspaniyanın “Real Madrid” klubu İngiltərədə turnirin son finalçısı “Mançester Siti”nin qonağı olub. “Etihad” stadionunda baş tutan görüşdə meydan sahibləri üstün olub – 4:3.

Hesabı 2-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. Belçikalı futbolçu turnirin yarımfinalları tarixində ən erkən qolun müəllifi olub. Matçın 9-cu dəqiqəsində Qabriel Jezus fərqi artırıb. Oyunun 33-cü dəqiqəsində Kərim Benzema buraxılan qollardan birinin əvəzini çıxıb. Qarşılaşmanın 53-cü dəqiqəsində Fil Foden qonaqları növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Lakin Mançester təmsilçisinin sevinci cəmi 3 dəqiqə çəkib. Vinisius Junior baxımlı qolla fərqi yenidən minimuma endirib. Görüşün 74-cü dəqiqəsində Bernardu Silva 4-cü topu “kral klubu”nun qapısından keçirib. Oyunda son nöqtəni isə 81-ci dəqiqədə penalti ilə fərqlənən Benzema qoyub.

Cavab qarşılaşması Madriddə keçiriləcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki