image-1461354backend

Müdafiə  Nazirliyindən jurnalistlərə çağırış: Bu barədə danışmayın

image-reklam_sirab_01

Ukrayna Müdafiə Nazirliyi jurnalistləri əks-hücum barədə danışmamağa çağırıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram”da ordunun hərbi planları haqqında məlumatı dərc etmək hüququna kimin malik olduğunu xatırladaraq, jurnalistləri Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı mövzusunu qaldırmamağa çağırıb.

O vurğulayıb ki, ölkənin strateji hərbi planları barəsində məlumatı 3 şəxs – Ali Baş Komandan (Prezident), Müdafiə Naziri və Baş Qərargah Rəisi dərc etmək hüququna malikdir.

Malyar mediadan ekspertlərə əks-hücumla bağlı suallar verməməyi, həmçinin sosial şəbəkələrdə bu mövzuda yazılar yazmamağı xahiş edib. Onun sözlərinə görə, informasiya həm də hərbi əməliyyatlar zamanı istifadə olunan silahdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki