image-1backend

Plastik şüşələr necə insan qatilinə çevrilir? İnsan hüceyrələrini belə məhv edir

image-reklam_sirab_01

Bir litrlik plastik şüşədəki suda insan hüceyrələrini bağlaya bilən təxminən 240 min nanoplastik aşkar olunub.

Vətəninfo.az “The Hill” qəzetiniə istinadən xəbər verir ki, Kolumbiya Universitetinin tədqiqatçıları yeni lazer təsvir üsulu ilə plastik şüşələrdəki nanoplastikləri tədqiq ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, bir litrlik plastik şüşədəki suda təxminən 240 min nanoplastik var.

Alim Beizhan Yan sözügedən mövzu ilə bağlı bildirib: “Plastikin ölçüsü azaldıqca təhlükə artır. Çünki hissəciyin ölçüsü azaldıqca insan orqanizminə daxilolma ehtimalı çoxalır.

Plastik şüşələrdəki suda plastik hissəciklər qan-beyin baryerini keçəcək qədər kiçikdir. Bu, sonrakı yaşlarda beyinin müəyyən hissələrində hüceyrələrin itkisinə səbəb ola bilir.

Kiçik plastiklər qanın içərisinə keçə, hüceyrələrə çata bilir ki, bu da sonra orqanların öz funksiyalarını itirmə təhlükəsi yaradır”.

Tədqiqatçılar bu plastiklərin bədənə içməli su ilə daxil olduqları üçün sürətli təsir göstərdiyini düşünür və kiçik plastiklərin bağırsaqlardakı qidaları həzmə kömək edən mikroblara təsir edə biləcəyini söyləyirlər.

Plastiklər ölüm nisbətinin artması və doğuş qüsurları kimi sağlamlıq risklərinə səbəb ola bilir.

Araşdırma “Proceedings of the National Academy of Sciences (PNAS)” jurnalında dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image