image-1backend

Xərçəngin yeni  müalicə üsulu tapıldı

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatlarında alimlər kimyaterapiyaya alternativ xərçəng müalicəsi hazırlayıblar.

Vətəninfo.az xəbər verir ki, Texasdakı Rays (Rice) Universitetinin tədqiqatçıları tərəfindən “Molekulyar qırıcılar” (molecular jackhammers – MHJ) adlandırılan üsul şişləri aradan qaldırmaq üçündür.

MHJ metodunda tibbi görüntüləmə prosedurlarında istifadə edilən bənzər bir siyanin boyası bədənə vurulur. Bu boya xərçəng hüceyrəsinə bağlandıqdan sonra bədənə zərər vermədən dərinin dərinliklərinə nüfuz edən infraqırmızı işıqla aktivləşdirilir. Siqnallar xərçəng hüceyrəsində vibrasiyaya səbəb olur və hüceyrə membranının qopmasına səbəb olaraq xərçəngi məhv edir.

Araşdırmanın aparıcı müəllifi Siseron Ayala Orosko (Ciceron Ayala Orozco) texnologiyanın hələlik yalnız siçanlar üzərində sınaqdan keçirildiyini və prinsipcə işlədiyini bildirərək deyib: “İnsanlar üzərində təcrübələr illər sonra aparılacaq. MHJ texnologiyası xərçəng müalicəsində istifadə edilən kimyaterapiya ilə müqayisədə daha az mənfi təsirə malikdir.”

Rays Universitetindən digər alim Ceyms Tur (James Tour) də sözügedən mövzu ilə bağlı bunları söyləyib: “Aqressiv dəri xərçəngi olan melanoma ilə siçanlar üzərində apardığımız təcrübələrdə heyvanların yarısında xərçəng hüceyrələri tamamilə məhv oldu. Bu texnologiyanın bədəndəki xərçəng hüceyrələrinin qalıqlarını aşkar etmək üçün də istifadə oluna bilməsi üçün araşdırmalarımızı davam etdiririk”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image