image-25backend

Azərbaycanlı rəssam nigeriyalı sevgilisinin toruna necə düşdü? – Çantadan çıxan kokain, 17 il həbs

image-reklam_sirab_01
İstanbul məhkəməsi Azərbaycan əsilli rusiyalı gənc rəssam Arzu Hüseynovaya narkotik maddələrin təchizatı, qanunsuz dövriyyəsi ittihamları ilə 17 il yarım həbs cəzası verib.
Veteninfo.az virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmə ona oktyabrın 19-da hökm çıxarıb. Arzunun anası Valentina isə deyir ki, onun qızına böhtan atıblar.

 

A.Hüseynova bu ilin martında Birləşmiş Ərəb Əmirliklərindən qayıdarkən həbs olunub. O, İstanbuldan Tbilisiyə uçmalı idi, lakin koronavirus məhdudiyyətlərinə görə Gürcüstan paytaxtına bileti ləğv edilib. Türkiyə polisi onu İstanbuldakı otellərdən birində kokainlə dolu çanta ilə həbs edib.
Anası Rusiya KİV-lərinə bildirir ki, narkotiki Arzunun çantasına ya Türkiyədə atıblar, ya onun qızını özünün xəbəri olmdan Kinqsli adlı nigeriyalı sevgilisi narkokuryer kimi istifadə edib. Qadın bildirir ki, qızı həmin nigeriyalı ilə bir neçə il əvvəl Azərbaycanda tanış olub. “Onlar haradasa 2016-cı ildə tanış olmuşdular. Bir müddət görüşüblər, sonra onu Azərbaycandan Nigeriyaya deportasiya ediblər. O, nigeriyalıdır, normal, nəzakətli adama oxşayırdı. Mən cəmi bir dəfə görmüşəm, qısa ünsiyyətim olub. Sonra onu deportasiya etdilər, amma qızımla videoəlaqə vasitəsilə ünsiyyət saxlayırdı. O, Kinqslini sevirdi. Onu Azərbaycanda oğlanlar incidirdilər, amma o (Kinqsli) onlara barmağı ilə də toxunmurdu”,-Valentina REN.tv-yə açıqlamasında deyir.
Qadının dediyinə görə, Kinqsli iki il əvvəl onun qızına Yaxın Şərq turnesi hədiyyə edib. Səyahət uğurla keçib, Arzu təəsüratlarla dolu olub. Bu il isə Kinqsli yenidən Arzuya Efiopiya-Birləşmiş Ərəb Əmirlikləri-Gürcüstan-Rusiya marşrutu ilə bir həftəlik səyahət hədiyyə edib. Arzu Efiopiyada Kinqsli ilə görüşüb, nigeriyalı onun qızına içərisində hansısa əşyalar olan çanta verib və xahiş edib ki, Gürcüstandakı dostuna çatdırsın. Qız da buna razılaşıb, amma Tbilisiyə bilet ləğv edilib, çünki Gürcüstan tərəfi ancaq vaksin olunmuş sərnişinlərin ölkəyə girişinə icazə verirdi.
“Arzu bu haqda Dubay aeroportunda bilib və Türkiyəyə bilet alıb, amma İstanbula gələndə məlum olub ki, onun yüklərini Gürcüstana göndəriblər. Bir sutka sonra isə deyiblər ki, çemodanları qayıdıb, amma içərisində 3 kiloqram kokain aşkarlanıb. Polislər Arzunun qaldığı otelə basqın edərək onu həbs ediblər. Daha sonra həmin çantanı Arzuya verən nigeriyalı sevgilisi Kinqsli zəngələrə cavab verməyib və “yoxa çıxıb”.
Qadının dediyinə görə, Arzu qaldığı oteldə iki azərbaycanlı ilə tanış olub, onlar çantanın tapılmasına kömək edəcəklərini deyiblər. İki gün sonra isə otelə polis basqın edib. Anası deyir ki, onun qızı yaradıcılıqla məşğul idi və narkotiklərlə heç bir əlaqəsi ola bilməzdi.
Həmin nigeriyalının soyadı nə Arzuya, nə onun anasına məlum deyil. Ortada olan ancaq həmin qaradərilinin fotorobot rəsmidir…
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki