image-1backend

“Netanyahu əsl dəlidir “- Stoun

image-reklam_sirab_01

Məşhur amerikalı rejissor və ssenari müəllifi Oliver Stoun İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumları ilə bağlı “Həyatımda belə bir qırğın görmədim” deyib.

Beynəlxalq siyasətlə bağlı açıqlamaları ilə də tanınan rejissor amerikalı fəal Xose Veqanın internet yayımında çıxış edərək İsrail siyasəti və Qəzza hadisələri ilə bağlı qiymətləndirmələr edib.

İsrailin baş naziri Benyamin Netanyahunu “dəli” adlandıran Stoun ölkəsinin İsrailə qeyd-şərtsiz dəstəyini də tənqid edərək deyib: “İsrail qeyri-qanuni olaraq nüvə bombasına malikdir. Sanki bundan xəbərsizdirlər. İsrailin 7 oktyabrdan bəri 20 mindən çox fələstinlinin həyatını itirdiyi Qəzzaya hücumlarından dəhşətə gəlirəm. Mən həyatımda belə bir qətliam görmədim.

İsrail hökumətinin Fələstin siyasəti və Qəzzada yaşayan fələstinliləri Misirə göndərmək planı dünya tarixində görünməyən hadisədir.

ABŞ İsraillə əlaqələri kəsməlidir. Mən belə edərdim. Netanyahu administrasiyası ilə bütün əlaqələri kəsmək lazımdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki