Vətəninfo.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Yakudza kimi tanınan cinayət təşkilatının liderlərindən biri olan yaponiyalı Takşi Obisavanı qaçaqmalçılıq yolu ilə nüvə silahında istifadə üçün lazım olan konsentrasiyaya malik nüvə materialını İrana satmağa çalışmaqda ittiham edib.
Məlumata görə, hazırda Nyu-Yorkun Bruklin şəhərindəki zindanda saxlanılan 60 yaşlı Obisavanın ittihamnaməsində İrana uran və plutonim satmaq niyyətində olması da bildirilib.
Qeyd olunub ki, o, əlbir olduğu 61 yaşlı tailandlı Samfub Sinqasiri ilə birlikdə 2022-ci ildə beynəlxalq narkotik qaçaqmalçılığı və silah alqı-satqısı cinayətlərinə görə həbs edilib.