image-1backend

Admiral Ceyms Stavridis:”Ukraynada müharibə bu tarixdə bitəcək”

image-reklam_sirab_01

Ukraynada sülh məsələsi ilə bağlı danışıqlar ABŞ prezident seçkilərindən sonra baş tuta bilər. Vətəninfo.az xəbər verir ki, NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı admiral Ceyms Stavridis də analoji fikir bildirib. Onun fikrincə, Ukrayna və Rusiya uzunmüddətli müharibədən tükəniblər.

“Düşünürəm ki, bu ilin sonuna qədər, bəlkə də ABŞ seçkilərindən sonra bizim potensial danışıqlar anımız olacaq”, – deyə Strana.ua onun sözlərini sitat gətirib.

Stavridisin fikrincə, Rusiya ilə Ukrayna arasında müharibə “Koreya ssenarisi” ilə başa çatacaq. Ukrayna ölkənin şərqindəki ərazilərin, eləcə də Krımın Rusiya Federasiyasının nəzarətində qalması ilə razılaşmalı, Moskva isə Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməlidir.
“Mən görürəm ki, Ukrayna NATO-ya daxil olur. Düşünürəm ki, bu il ərzində bu sövdələşmənin konturları daha aydın olacaq”, – Stavridis bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki