image-1backend

“Bastion” zirehli texnikası tezliklə Ermənistana veriləcək – Sebastyan Lekornyu

image-reklam_sirab_01

Fransanın “Bastion” zirehli texnikası tezliklə Ermənistana veriləcək.Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində birgə mətbuat konfransı zamanı bildirib.
Fransa silahlarının Ermənistana satışına toxunan nazir onların hamısının müdafiə məqsədi daşıdığına aydınlıq gətirib.

“Bu regionda həm əhalinin, həm də sərhədlərin qorunması prioritet məsələdir və heç kim Ermənistan ordusunu müdafiə qabiliyyətini artırdığına görə tənqid edə bilməz”, – Lekornu vurğulayıb.

Onun sözlərinə görə, Ermənistana qısa, orta və digər uzaqmənzilli zenit-raket kompleksləri lazımdırsa, onlar da tədarük ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki