image-1backend

Dövlət Departamenti:”Bu milyonçunun yerini deyən şəxs 1 milyon dollar mükafat alacaq”

image-reklam_sirab_01

Dövlət Departamenti Rusiya əsilli İsveçrə vətəndaşı iş adamı Vladislav Osipovun transmilli mütəşəkkil cinayətkarlıqda iştirakına görə həbsinə və ya məhkum edilməsinə səbəb ola biləcək məlumatlara görə 1 milyon dollara qədər ödəməyə hazır olduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Məlumatlara görə, pul “Transmilli Mütəşəkkil Cinayətkarlığın Mükafat Proqramı” (TOCRP) fondundan ödəniləcək.

Fevralın 22-də Kolumbiya Dairə Məhkəməsində Osipova qarşı 17 bank dələduzluğu ittihamı irəli sürülüb. Osipov 2022-ci ilin martında Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yenidən siyahıya alınan Viktor Vekselberqin sahib olduğu və ya nəzarət etdiyi şirkətlərdə yüksək vəzifələrdə çalışıb.

İki il əvvəl OFAC Vekselbergə məxsus 90 milyon dollarlıq lüks yaxtanı ələ keçirmişdi.

Hüquq-mühafizə orqanları Osipovun Tanqonun sahibinin kim olduğunu bildiyini müəyyən ediblər. İstintaq müəyyən edib ki, Osipov və başqaları 2018-ci ildə yaxtanı Vekselberqin xeyrinə idarə etmək üçün əlbir olub və Amerika qanunlarını pozublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki