image-reklam-veteninfo
image-1backend

F-35 proqramının Türkiyəyə qaytarılmasından söhbət gedə bilməz- Pentaqon

image-reklam-veteninfo

F-35 qırıcılarının istehsalı proqramının Türkiyəyə qaytarılması məsələsi hazırda müzakirə olunmur. Vətəninfo.az xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Patrik Rayder brifinqdə bildirib.

O, Türkiyənin F-35 proqramının geri qaytarılmasını mümkün hesab edən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın bəyanatını belə şərh edib.

“Mən Dövlət Departamentindəki həmkarlarımızın bu münasibətlə şərhlərini görmüşəm. Bildiyiniz kimi, indi nə qədər ki, Türkiyənin S-400-ləri var, bu məsələ müzakirə olunmur, amma mən sizə Dövlət Departamenti ilə əlaqə saxlamağı məsləhət görərdim”, – Pentaqon nümayəndəsi əlavə edib.

Dünən Nuland bəyan edib ki, ABŞ Türkiyəni F-35 döyüş təyyarəsi istehsalı proqramında məmnuniyyətlə qarşılayacaq, lakin bunun üçün Ankara Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri məsələsini həll etməlidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki