image-1backend

Fransız nazir: “Biz Ermənistanı Azərbaycandan qorumalıyıq”

image-reklam_sirab_01

Fransanın müdafiə naziri Sebastyan Lekorn parlamentarilər və prodüserlərdən ibarət böyük nümayəndə heyətinin başında tezliklə Ermənistana gələcək. Vətəninfo.az xəbər verir ki, bu barədə RTL radiostansiyası məlumat yayıb.

Nazir qeyd edib ki, İrəvana dəstək Fransanın üzərinə düşür. “Ermənistana kömək etmək, xüsusilə onun müdafiə potensialını artırmaq bizim borcumuzdur. Söhbət havadan müdafiə və zirehli texnikadan gedir”.

Lekornu bildirib ki, “Ermənistan Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri də daxil olmaqla ciddi təhlükəsizlik problemləri ilə üzləşir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki