image-1backend

Hakan Fidan: “Qəzzada vəhşiliyin yaxın zamanda dayandırılması vacibdir”

image-reklam_sirab_01

Braziliyanın ev sahibliyi ilə Rio-de-Janeyroda G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı başlayıb.

İclasda Ukraynadakı hadisələr, İsrailin Qəzzaya hücumları, qlobal gərginlik, çoxtərəfli təşkilatların gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, yoxsulluğun azaldılması və qlobal idarəçilik mexanizmlərində islahatlar müzakirə edilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan tədbirin ilk iclasındakı çıxışında Qəzzada vəhşiliyin yaxın zamanda dayandırılmasının vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti və G20 ölkələrini atəşkəs və iki dövlətli həll üçün daha fəal rol oynamağa çağırıb. .

“Davam edən beynəlxalq gərginliklərdə G20-nin rolu” adlı sessiyada iştirakçılara müraciət edən Fidan Rusiya-Ukrayna müharibəsinin ikinci ilinin arxada qaldığını xatırladaraq, Türkiyenin tərəflərin diplomatiyaya üz tutaraq müzakirə edilmiş həlli tapacaqlarına ümid etdiyini və bununla bağlı təşəbbüslərini davam etdirəcəyini bildirib.

Beynəlxalq ictimaiyyətin qlobal bərabərsizlik və ədalətsizlik, iqtisadi zəifliklər, ekoloji problemlər və süni intellekt kimi yenilikçi texnologiyaların gətirdiyi bir çox problemlə üzləşdiyini bildirən Fidan qlobal diplomatiyanın və G20-nin bütün böhran sahələrində birgə təşəbbüslər inkişaf etdirməsinin əhəmiyyətinə diqqət çəkib.

Xatırladaq ki, dünyanın 20 ən böyük iqtisadiyyatını bir araya gətirən G20 Liderlər Sammiti noyabr ayında Rio-de-Janeyroda keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki