image-atags-haubitsabackend

Hindistan ilk dəfə bu haubitsalarını Ermənistana satır

image-reklam_sirab_01

Hindistan ilk dəfə 155 mm-lik ATAGS haubitsalarını xarici ölkəyə tədarük edəcək.

Bu barədə “Hindu” mətbuatı məlumat yayıb.

Məlumata görə, sifariş “Bharat Forge Ltd”nin törəmə şirkəti olan “Kalyani Strategic Systems Ltd” özəl şirkəti tərəfindən alınıb.

Müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək.

“Business Standart” nəşri isə bu sistemlərin göndəriləcəyi ölkənin Ermənistan olduğunu yazıb.

Qeyd edək ki, ATAGS haubitsalarının hədəfi vurma məsafəsi 48 km-dir.Axar.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki