image-1backend

İran 4 İsrail casusunu edam etdi

image-reklam_sirab_01

İran səhər saatlarında İsrail kəşfiyyat agentliyi olan Mossad-da işləməkdə təqsirli bilinən 4 nəfəri edam edib. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə IRNA agentliyi məlumat yayıb.

4 məhkum 2022-ci ildə həbs edilib.  İran hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, həmin ay onlar İsfahanın Nəcəfabad şəhərində yerləşən Müdafiə Nazirliyinin obyektlərindən birinə qarşı əməliyyat keçirməyi planlaşdırıblar.

İsrailə casusluq ittihamı ilə yanaşı, 4 nəfər də məqsədi ölkənin təhlükəsizliyini pozmaq olan terror qruplaşması yaratmaq və idarə etməkdə təqsirli bilinib. Onlar 2023-cü ilin sentyabrında ölüm cəzasına məhkum ediliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki