image-1backend

İran Amerikanı məğlub edə bilməyəcəyini bilir- Nikki Haley

image-reklam_sirab_01

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Haley bildirib ki, Birləşmiş Ştatlar İordaniyadakı ABŞ bazasına pilotsuz təyyarə ilə hücumu həyata keçirən qruplaşmaya dəstək verən bütün İran liderlərini “kənardan çıxarmalıdır”. Vətəninfo.az xəbər verir ki, bu barədə “Politico” yazır.

“İran Amerikanı məğlub edə bilməyəcəyini bilir. Onlar bunu öz üzərlərinə götürmək istəmədiklərini bilirlər. Problem ondadır ki, suda qan iyi gəlir. Onlar Baydenin Əfqanıstandan Ukraynaya qədər zəifliyini hiss edirlər”, – Heyli bildirib.

Siyasətçi onu da əlavə edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası “hansı İran liderlərinin qərarlar qəbul etdiyini öyrənməli və onları aradan qaldırmalıdır”.

Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Səlami deyib ki, İranın müxalifləri ona qarşı müharibəyə başlayıb, lakin Tehran bundan qorxmur və ABŞ-ın təhdidlərini cavabsız qoymayacaq. Bu barədə “Tasnim” məlumat yayıb.

Agentlik generaldan sitat gətirir: “Düşmənlər İran xalqına qarşı iqtisadi və psixoloji müharibəyə başlayıb və bizim təhlükəsizliyimizi [hədələyir]. Bu gün biz Amerika rəsmilərinin çıxışlarında təhdidlər eşidirik. Bilirsiniz ki, biz heç bir təhlükəni cavabsız qoymayacağıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image