image-1backend

İspaniyada yaşayış binasında güclü yanğın baş verib: 4 nəfər həlak oldu

image-reklam_sirab_01

İspaniyanın Valensiya şəhərində çoxmərtəbəli yaşayış binalarından birində güclü yanğın baş verib, nəticədə azı 4 nəfər ölüb. Bu barədə Vətəninfo.az  El Pais-ə istinadən xəbər verir .

Daha 19 nəfər itkin düşüb, 14 nəfər yaralanıb.

450-yə yaxın sakinin yaşadığı 14 mərtəbəli binada başlayan yanğın daha sonra qonşu binaya keçib.

Yanğınsöndürənlər qaldırıcı kranların köməyi ilə eyvanlardan insanları xilas ediblər.

Yanğının genişlənməsinə güclü külək səbəb olub, lakin müxtəlif KİV-lər yanğının sürətlə yayılmasına səbəb kimi binanın üzlənməsi üçün istifadə olunan yanar materiallar olduğunu yazır.

Yanğın fevralın 22-də axşam saatlarında baş verib, yanğınsöndürənlər fevralın 23-də səhər tezdən yanğını söndürə biliblər.

İspaniyanın baş naziri Pedro Sançes Valensiya hakimiyyəti ilə danışıb, onlara lazım olan bütün yardımları təklif edib. O, X sosial platformasındakı səhifəsində yanğından zərərçəkənlərə dəstək olduğunu bildirib və yerində çalışan fövqəladə hallar xidmətinin əməkdaşlarına təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki