image-1backend

İsrail ordusu Hizbullaha məxsus 3 nəzarət mərkəzini MƏHV ETDİ

image-reklam_sirab_01

İsrail ordusu Livanda Hizbullaha məxsus 3 nəzarət mərkəzini vurduğunu açıqlayıb. Vətəninfo.az xəbər verir ki, ordudan verilən açıqlamada İsrail döyüş təyyarələrinin Livanın cənubundakı bəzi bölgələrə hava hücumu təşkil etdiyi bildirilib.

Vurulan yerlərin Hizbullaha aid üç ayrı “əməliyyat idarə mərkəzi” olduğu iddia edilib.

İsrail ordusunun artilleriya birləşmələrinin Livanın cənubundakı bəzi bölgələri də hədəf aldığı bildirilib.

Bu gün İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumunda bir ana və 7 yaşlı qızı həlak olub.

Qeyd edək ki, oktyabrın 8-dən Hizbullah ilə İsrail ordusu arasında toqquşmalar gedir.

İndiyədək toqquşmalarda 43 livanlı mülki şəxs, 206 Hizbullah üzvü, 11 Amal üzvü, 12 Fələstin İslami Cihad və 12 Həmas üzvü, 1 əsgər, 2 Livan təhlükəsizlik zabiti, 6 İsrail vətəndaşı və 11 İsrail əsgəri həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki