image-reklam-veteninfo
image-1backend

İzmirdə balıqçı gəmisi batıb: 3 ölü, 2 itkin

image-reklam-veteninfo

Türkiyənin İzmir şəhərinin Dikili rayonunun sahilində balıqçı gəmisinin batması nəticəsində göyərtədəki 10 nəfərdən 3-ü ölüb, 5 nəfər yaralı xilas olunub.

Vətəninfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisədə 2 nəfər itkin düşüb.

Su nəqliyyat vasitəsinin hansı səbəblərdən batdığı hələlik məlum deyil.

İtkin düşmüş iki nəfərin axtarışları davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki