image-1backend

Lavrov: ABŞ-ın Rusiyaya qarşı siyasətini dəyişməyəcək

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Federasiyası amerikalıların etibar edəcəyi istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır, Rusiya tərəfi isə Vaşinqtonun Moskva istiqamətində kursunu dəyişəcəyini gözləmir.

“Bizim heç bir illüziyamız yoxdur, biz ABŞ-ın anti-Rusiya kursunun yaxın gələcəkdə dəyişəcəyini gözləmirik. Biz Amerika xalqının güvəndiyi istənilən liderlə işləməyə hazırıq”, – nazir Braziliyanın “Globo” qəzetinə müsahibəsində ondan ABŞ seçkilərində üstünlük verilən namizədlə bağlı sualı cavablandırarkən deyib.

Lavrovun sözlərinə görə, Rusiya ABŞ elitası tərəfindən partiya mənsubiyyətindən asılı olmayaraq rəqib və təhdid kimi baxılır və keçmiş prezident Ağ Evdə işlədiyi 4 il ərzində Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması üçün heç bir iş görməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki