image-1backend

Məşhur  terrorçu Murat Ateşi zərərsizləşdirib

image-reklam_sirab_01

Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində həyata keçirdiyi nöqtə əməliyyatı ilə separatçı terror təşkilatı PKK/YPG-nin sözdə başçılarından Murat Ateşi zərərsizləşdirib.

Vətəninfo.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, uzun müddətdir MİT-in təyin etdiyi xüsusi qrup tərəfindən yaxından nəzarətdə olan terrorçu “Renas Amed” kod adlı Murat Ateşin zərərsizləşdirilməsi üçün həssas sahə işləri aparılıb.

Terrorçu M.Ateş Suriyanın Qamışlı bölgəsində keçirilən nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

2014-cü ildə Avropadan separatçı terror təşkilatı PKK-ya qoşulan terrorçu Ateş 2014-2016-cı illər arasında İraq və Suriyanın Qəndil, Avaşin və Qara bölgələrində silahlı fəaliyyətlər həyata keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki