image-1backend

Moldovanın xarici işlər nazirinin Rusiyaya girişinə qadağa qoyulub

image-reklam_sirab_01

Moldovanın yeni xarici işlər naziri Mixay Popşoy Rusiyanın ölkəyə girişi qadağan edilən şəxslərin siyahısına daxil edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə NewsMaker məlumat yayıb.

Popşoy bu fakta münasibət bildirərək xatırladıb ki, o, hələ yayda, “Hərəkət və Həmrəylik” partiyasından deputat olarkən həmin siyahıda yer alıb. Popşoy qeyd edib ki, o, Rusiyanın “stop-list”ini kimin tərtib etdiyini bilmir, lakin ehtimal edir ki, Rusiya Xarici İşlər Nazirliyi və ya təhlükəsizlik xidməti bunda müəyyən rol oynaya bilər.

“Kreml və Rusiya XİN-in mənim xarici işlər naziri təyin olunmağıma necə reaksiya verəcəyi maraqlıdır. Bu, onların işidir, hansı qərarı verəcəklərini bilmirəm. Lakin beynəlxalq standartlara uyğun olaraq, diplomatlar ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, dialoqun aparılması istiqamətində çalışırlar və bunun üçün imkan və hüquqa malik olmalıdırlar”, – deyə nazir bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki