image-1backend

Numan Qurtulmuş: “Yeni bir BMT-yə ehtiyacımız var”

image-reklam_sirab_01

Asiyanın bir çox yerlərində münaqişələr mövcuddur. Bu münaqişələr üzərindən qlobal düşmənçilik fikirləri yayılır.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında deyib.

“Yaxın coğrafiyada olan iki münaqişəni demək istəyirəm. Birincisi Rusiya-Ukrayna müharibəsidir. Görünən budur ki, bu müharibə daha çox Rusiya ilə Qərb arasındadır. Əgər bu problem tezliklə həll olunmasa, bu, bütün dünyanı əhatə edəcək.

İkincisi isə İsrail-Fələstin müharibəsidir. APA başda olmaqla bütün insanlıq bu drama səssiz qalmamalıdır. Bu mübarizələr bizə bir şeyi göstərir. Dünyada mövcud olan beynəlxalq sistem heç bir problemi edə bilmir. Bu qlobal sistem yalnız güclünün yanındadır. Yeni bir BMT-yə, yeni bir sülh mexanizminə ehtiyacımız var. Buna insanlığın, dünyanın gücü çatar”, – deyə TBMM sədri vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki