image-1backend

“Rusiya işğal etdiyi ərazilərə 470 min hərbçi yerləşdirib” – Skibitksi

image-reklam_sirab_01

Rusiya Ukraynada işğal etdiyi bölgələrə 470 minə yaxın hərbi qulluqçu yerləşdirib. Rusiya Federasiyası seçki ərəfəsində Belqorod, Kursk və Bryansk vilayətlərində də sərhədlərini möhkəmləndirib.

Vətəninfo.az  xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi, general-mayor Vadim Skibitski deyib.

“Hazırda Ukrayna ərazisində 470 minə yaxın rus əsgəri var. Bura sadəcə quru qoşunları aiddir. Mən bura aviasiyanı və dəniz donanmasındakı hərbçiləri aid etmirəm. Hazırda qeyd etdiyim sayda hərbçi əməliyyatların aparılmasında və hücumların həyata keçirilməsində iştirak edir”,-deyə general bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya Qvardiyasının qoşunları da işğal olunmuş bölgələrə yerləşdiriliblər: “Bu gün müvəqqəti olaraq işğal olunmuş ərazilərdə Rusiya Qvardiyasının bir qrup bölməsi də yerləşdirilib. Bu, təxminən 33 min hərbçi deməkdir. Bunlar dövlət orqanlarının fəaliyyətini, strateji obyektlərin mühafizəsini təmin edən və lazım gəldikdə müdaxilə edə bilən hərbçilərdir. Onlar öz müdafiə vəzifələrini müvəqqəti işğal olunmuş ərazilərdə yerinə yetirirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki