image-1backend

Türkiyə 2023-cü ildə turist sayına görə rekorda imza atıb- Mehmet Ersoy

image-reklam_sirab_01

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Ersoy “2023 Turizm Məlumatlarının Qiymətləndirilməsi Yığıncağı”nda ötən ilki məlumatları, nazirliyin işlərini qiymətləndirib və turizmdə gələcək hədəfləri açıqladyıb.

Vətəninfo.az xəbər verir ki, Atatürk Mədəniyyət Mərkəzinin (AKM) Teatr Salonunun foyesində keçirilən yığıncaqda çıxış edən nazir Ərsoy 2022-ci ilin qlobal koronavirus epidemiyasından xilas olmaq üçün çox əhəmiyyətli bir il olduğunu bildirib və Türkiyəyin  2022-ci ildə turizm sektorunda ciddi sıçrayışlar etdiyini qeyd edib.

“Çox uğurlu bir il  idi. Əslində, sektorlar əsasında baxdığımızda Türkiyə dünyada pandemiyadan əvvəlki dövrə çatan ilk ölkələr sırasında idi.” deyə nazir əlavə edib.

“2023-cü ildə ziyarətçilərin sayı 56,7 milyona yüksəldi”

Nazir Ersoy, 2022-ci ildə 51,4 milyon olan ziyarətçi sayının 2023-cü ildə yüzdə 10 artaraq 56,7 milyona çatdığını bildirib.

“Ziyarətçilərin sayını ölkələr üzrə nəzər yetirsək, birinci yerdə  Rusiya Federasiyası  gəlir. Rusiyadan 2023-cü ildə 6,3 milyon turist gəlib.  Almaniyadan isə  6,2 milyon, İngiltərədən isə 3,8 milyon turist bu Türkiyəni ziyarət edib”.-deyə nazir əlavə edib.

Nazir Ersoy, 2017-2023-cü illərdə adambaşına düşən gecə xərclərinin yüzdə 53 faiz artaraq 65 dollardan 99 dollara, adambaşına düşən xərclərin isə yüzdə 36 faiz artaraq 700 dollardan 952 dollara yüksəldiyini ni vurğulayıb.

Türkiyənin 2018-ci ildə turizmdə strategiya dəyişikliyi etdiyini və kəmiyyətlə yanaşı keyfiyyətin də ön plana çıxdığını bildirən nazir Ərsoy, “Adambaşına düşən gecə xərcləri artan və yerləşdirmədən kənar xərcləri yüksək olan turistlərə daha çox diqqət yetirəcəyik. Bu siyasət , bu strategiyanın müsbət təsirləri var.”

“Yeni rekordla 60 milyard dollar gəlir əldə etməyi hədəfləyirik”

Nazir Ersoy, 2023-cü ildə turizm gəlirlərinin 54,3 milyard dollara yüksələcəyini bildirərək, “Beləliklə deyə bilərik ki, 2023-cü il 56,7 milyon ziyarətçi, adambaşına düşən gecəlik gəlir 99 dollar və ümumi gəlirlə 54,3 milyard dollar ilə turizmdə rekord il oldu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki