image-63347f477c50063347f477c501166438483963347f477c4fc63347f477c4fe-780x470backend

Ukraynaya növbəti yardım ediləcək – 2,5 milyard…

image-reklam_sirab_01

Avropa Komissiyası Avropa Birliyi adından Ukraynaya 2,5 milyard avro məbləğində növbəti makromaliyyə yardımı ayıracaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis öz tviter səhifəsində məlumat yayıb.

“Bu gün 2,5 milyard avro məbləğində makromaliyyə yardımının növbəti mərhələsi həyata keçiriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın əvvəlində Dombrovskis Avropa Birliyinin Ukraynaya bu ay əvvəlcədən razılaşdırılmış 2,5 milyard avro, gələn ay isə daha 0,5 milyard avro makromaliyyə yardımı göstərmək niyyətində olduğunu bildirmişdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki