Ukrayna prezidenti Vladimir Zelenski əmindir ki, ölkədə seçkilər indi keçirilsə, o, yeni müddətə yenidən seçiləcək. Vətəninfo.az xəbər verir ki, bu barədə o, Fox News-a müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, hazırda Ukrayna cəmiyyəti onu maksimum dərəcədə dəstəkləyir.
“Ona görə də indi seçki keçirsək, xalq məni seçəcək”, – deyə o bildirib.
Məlumdur ki, Zelenskinin səlahiyyət müddəti bu il başa çatır, lakin o, Rusiya ilə davam edən münaqişə və ölkədəki hərbi vəziyyətə görə bu müddət ərzində prezident seçkilərinin keçirilməsinin kökündən əleyhinədir.


























