image-1backend

Zelenski Putindən danışdı:”Putin atəşkəs tələb edib”

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransı zamanı 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşündən danışıb.

Vətəninfo.az xəbər verir ki,  “Strana.ua” nəşri Ukrayna liderinin sözlərini sitat gətirir. Zelenski bildirib ki, Rusiya prezidenti ilə uzun müddət söhbət edib və bu zaman Minsk razılaşmaları ilə bağlı danışıqlar aparılıb.

Onun sözlərinə görə, o, Ukrayna tərəfinin təklif olunan şərtləri yerinə yetirə bilməyəcəyini bildirib, həmçinin qoşunların çıxarılması ilə bağlı çətinlikləri qeyd edib. Ukrayna prezidenti əlavə edib ki, Putin atəşkəs tələb edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna lideri Vladimir Zelenskinin 2019-cu ilin dekabrında Fransa prezidenti Emmanuel Makronu, sonra isə Almaniya kansleri Angela Merkeli aldatdığını açıqlamışdı. Aprel ayında Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynada münaqişənin qarşısını almaq üçün hər şeyi etdiyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki