Suriyanın şimalında “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgələrində təcavüz atəşi açan separatçı terror təşkilatı PKK/YPG-dən 13 terrorçu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı “Fərat qalxanı” və “Zeytun budağı” bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün təcavüz atəşi açan 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib” deyilib.


























