image-reklam-veteninfo
image-1backend

2024-cü ildə Türkiyəyə Rusiyadan rekord sayda turist gələ bilər

image-reklam-veteninfo

Türkiyə 2024-cü ildə Rusiyadan gələn turistlərin rekordunu qırmaq istəyir. Vətəninfo.az-ın  “Lenta.ru” ya istinadən verdiyi məlumata görə , bunu Antalya merinin turizm üzrə müşaviri və Türkiyə Otel Sahibləri Federasiyasının keçmiş rəhbəri Osman Ayık deyib.

2019-cu ildə məşhur kurort zonasında rekord sayda rusiyalı qeydə alınıb. Həmin vaxt Türkiyəyə  7,1 milyona yaxın Rusiya vətəndaşı gəlmişdi. Rəsmiyə görə, Türkiyə indi pandemiyadan əvvəlki göstəriciləri aşmağı planlaşdırır.

Ayik vurğuladı ki, 2024-cü ildə 10 milyona yaxın rus turistin gəlməsini gözləyirlər. Çünki yerli bazar ruslar üçün göstərilən xidmətlərin yüksək keyfiyyətinə görə cəlbedicidir. “Onlar Türkiyəni ikinci vətənləri hesab edirlər və biz dəyərli qonaqlarımıza ən yüksək səviyyədə xidmət göstərməyə çalışırıq. Düşünürəm ki, biz həmişə digər turizm istiqamətlərindən bir addım öndəyik”, – deyə o əlavə edib.

Üstəlik, Antalya merinin müşaviri qeyd edib ki, ölkə indiki mövqeyində qalmaq üçün bütün səylərini göstərəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki