ABŞ-ın İraqdakı bazasına hücum olub. Vətəninfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Pentaqon rəsmisinə istinadən məlumat yayıb. “İraqın Ərbil şəhərində ABŞ Ordusunun qüvvələri PUA hücumuna məruz qalıb”.
Hücum nəticəsində itki olmadığı və hərbi bazaya maddi ziyan dəymədiyi bildirilir.
Bundan əvvəl İraq təhlükəsizlik qüvvələri Ərbildə yerləşən Amerika hərbi bazasına hücum barədə məlumat vermişdi.
Hücuma görə məsuliyyəti İraq Müqaviməti öz üzərinə götürüb.