image-1backend

ABŞ-dan terroçulara sarsıdıcı zərbə: 3 mərkəz məhv edildi

image-reklam_sirab_01

Yanvarın 23-də ABŞ İraqda “Kətaib Hizbullah” qruplaşmasının istifadə etdiyi 3 obyektə zərbələr endirib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin açıqlama verib.

“Bu gün prezident Baydenin göstərişi ilə ABŞ silahlı qüvvələri İraqda İranın dəstəklədiyi “Kətaib Hizbullah” milis qruplaşmasının və İrana bağlı digər qruplaşmaların üç obyektinə lazımi və proporsional zərbələr endirib”, – bəyanatda deyilir.

Pentaqon rəhbəri əlavə edib ki, bu zərbələr İraq və Suriyada ABŞ və koalisiya qüvvələrinə qarşı hücumlara cavab olaraq həyata keçirilib.

İraq Daxili İşlər Nazirliyi və şiə milis qrupunun mənbələri France Press-ə bildiriblər ki, Amerika hərbçilərinin hücumu nəticəsində azı 2 qurban var.

ABŞ-ın zərbələrindən əvvəl Vaşinqton İraqın qərbindəki Əl-Əsəd aviabazasına 2 pilotsuz təyyarə ilə hücum edildiyini, nəticədə bir neçə ABŞ hərbçisinin yaralandığını və infrastrukturun zədələndiyini açıqlamışdı. Yanvarın 20-də isə Əsəd aviabazasına ballistik raketlərlə daha geniş miqyasda hücum edilib, əksəriyyəti hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki