image-img_20240126_095957backend

ABŞ iranlı iş adamı haqda məlumat üçün 15 milyon dollar mükafat təyin etdi 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamenti xəbər verib ki, departamentə bağlı “Ədalət üçün mükafatlar” layihəsi çərçivəsində SEPAH ilə əməkdaşlıqda ittiham edilən iranlı iş adamı Hüseyn Xətifi Ərdəkani barədə məlumat üçün 15 milyon dollar mükafat təyin edilib.

Məlumata görə, Hüseyn Xətifi Ərdəkani SEPAH-ın dron istehsalında istifadə etdiyi iki təyinatlı texnologiyaları təmin etməkdə günahlandırılan elektron avadanlıq şirkətinin meneceridir.

Dövlət Departamentinin bəyanatında bildirilib:
“Bu iranlı iş adamı SEPAH-ın silah istehsal etmək üçün ehtiyac duyduğu mürəkkəb texnologiyanın əldə edilməsi və ötürülməsi sahəsində SEPAH-la əməkdaşlıq edib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki