Donald Trampın ABŞ prezidenti postuna mümkün qayıdışı çətin ki, Rusiya-Amerika münasibətlərinə hər hansı təsir göstərsin. Vətəninfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın CBS telekanalına müsahibəsində Trampın yenidən prezident olacağı təqdirdə ABŞ siyasətinin dəyişə bilərmi sualına cavab verərkən deyib.
“Heç nəyin dəyişəcəyinə inanmıram, çünki prezident Corc Buş Rusiya-Amerika münasibətlərinin, o cümlədən strateji təhlükəsizlik, bərabərlik, qarşılıqlı etimad, yoxlamalar, şəffaflıq haqqında bütün sazişlərin iflasa uğramasının əsasını qoyaraq, bu münasibətləri məhv etməyə başladı. ”, – deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.


























