image-reklam-veteninfo
image-1backend

ABŞ-nin Suriyadakı bazası raket atəşinə tutuldu

image-reklam-veteninfo

İranın dəstəklədiyi qruplaşmalar Amerika Birləşmiş Ştatlarının Suriyadakı bazasına raket hücumu təşkil edib.

Məlumatda hücuma adekvat cavabin verildiyi bildirilib.

Vətəninfo.az xəbər verir ki,  İranın dəstəklədiyi qruplaşmalar ABŞ qüvvələrinin Ömər neft yatağındakı bazasına azı 3 raket hücumu həyata keçirib.
ABŞ qüvvələrinin hücumdan sonra İranın dəstəklədiyi qruplaşmaların təxminən 25 kilometr uzaqlıqdakı mövqelərinə zərbələr endirdiyi bildirilib.
ABŞ ordusunun Haseke və Deyr əz-Zordakı bazaları ilin əvvəlindən bəri vaxtaşırı mənşəyi məlum olmayan raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə hədəf alınır.

Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-ın dəstəklədiyi separatçı terror təşkilatı PKK/YPG-nin, şəhər mərkəzi və digər bölgələri isə Suriya dövləti və İranın dəstəklədiyi qruplaşmaların nəzarəti altındadır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki