image-img_20240205_090754backend

ABŞ rəsmisi İrana zərbə endirmək ehtimalını istisna etməkdən imtina edib 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan NBC News telekanalına müsahibəsində “ABŞ-nin İrana zərbə endirməkdən imtina edib-etmədiyi” ilə bağlı suala cavab verməkdən imtina edib.

O, deyib: “İnkar etdiyimizi və istisna etmədiyimizi söyləməyim ağılsızlıq olardı… ABŞ-nin cavabına gəldikdə isə, mən masanın üzərində nəyin olub, nəyin olmadığı barədə təfərrüatlara girmək fikrində deyiləm”.

Ceyk Sallivan əlavə edib ki, əgər İran İraq və Suriyadakı iranyönlü (proksi) qruplara qarşı hücumlarından sonra “ABŞ-a birbaşa cavab vermək qərarına gəlsə”, “onlar tez və qətiyyətli cavab alacaqlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki