Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında müzakirələr gedir.

Bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.

Bildirilib ki, Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin Ankaraya səfər edib.

Müzakirələrin təfərrüatı hələ açıqlanmayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko isə feysbukda “Ukraynanın sülh formulu dəyişməz olaraq qalır” yazıb.

Onun sözlərinə görə, Rusiya öz şərtlərini diktə etmək iqtidarında deyil.

O.Nikolenko həmçinin rəsmi Kiyevin şərtlərini açıqlayıb: “Müharibə dərhal dayandırılmalı, Rusiya qoşunları ölkə ərazisindən çıxmalı, Ukraynanın ərazi bütövlüyü təmin edilməli, dəymiş ziyan ödənilməli və təhlükəsizlik zəmanət verilməlidir”.

Ukrayna XİN-dən bildirilib ki, başqa şərtlər daxilində davamlı sülhə nail olmaq mümkün olmayacaq.