Almaniyanın “Rheinmetall” şirkəti Ukraynada 155 mm-lik artilleriya mərmilərinin istehsalı üçün zavod tikməyi planlaşdırır. Vətəninfo.az xəbər verir ki, Almaniya şirkəti ilə Ukrayna tərəfi arasında müvafiq saziş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində imzalanıb.
DPA-nın məlumatına görə, konsernin rəhbəri Armin Paperger deyib: “Biz Ukraynanın bir vaxtlar güclü hərbi-texniki sənayesini bərpa etmək baxımından onun effektiv tərəfdaşı olmaq istəyirik”.
Sazişin imzalanma mərasimində Ukraynanın strateji sənaye naziri Aleksandr Kamişin iştirak edib. Zavodun hər il əhəmiyyətli miqdarda 155 mm-lik artilleriya mərmisi istehsal edəcəyi gözlənilir.