image-1backend

Amerikada İrana işləyən 3 nəfər həbs edildi

image-reklam_sirab_01

Vətəninfo.az “Parsine” saytına istinadən xəbər verir ki, ABŞ-nin Ədliyyə Departamenti Çin və İran hökumətlərinin xeyrinə bir sıra mühüm texnologiya, mal və vacib məlumatların ötürülməsi ilə əlaqədar olaraq 3 nəfərə qarşı ittiham irəli sürüb.
Məlumata görə, ABŞ-nin Milli Təhlükəsizlik Departamentinin Qlobal Ticarət Bölməsinin rəis müavini Cim Mansuko bu barədə “ABC News”a deyib:
“İran, Çin və Rusiya hökumətləri ABŞ texnologiyalarını qanunsuz əldə etməyə çalışırlar”.
Bildirilib ki, ittiham olunan şəxslərdən biri Çində dünyaya gələn Amerika vətəndaşı Çenqvanq Qonq, digər ikisi isə Nyu-Yorkda yaşayan ata və oğul Əbülfəzl və Məhəmmədrza Beyzayi olublar.
Qeyd olunub ki, həmin şəxslər Amerika müəssisələrində istehsal olunan texnologiyaları, o cümlədən onlar barədə məlumatları adıçəkilən dövlətlərə ötürüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki