image-1backend

Argentina prezidenti İsrailə gedib

image-reklam_sirab_01

Vətəninfo.az  TASS agentliyinə istinadən xəbər verir ki,Argentina prezidenti Xavyer Millay həmkarı İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşmək üçün fevralın 5-də İsrailə gedib.

“Səfər zamanı Prezident Mayli Qərb Divarına gedəcək və fevralın 6-da israilli həmkarı İsaak Hersoq, fevralın 7-də isə baş nazir Benyamin Netanyahu ilə görüş keçirəcək”, – Argentina Prezident Aparatının bəyanatında deyilir.

Maylinin israilli sahibkarlarla görüşü də planlaşdırılır. Argentina prezidentini prezident aparatının baş katibi vəzifəsini tutan bacısı Karina Millay və xarici işlər naziri Diana Mondino müşayiət edir.

Geri dönərkən Miley İtaliyada dayanacaq. Bundan əvvəl Müqəddəs Taxt-Tacın mətbuat xidməti Roma Papası Fransiskin fevralın 12-də Argentina prezidentini qəbul edəcəyini bildirmişdi.

2023-cü ildə Noyabrın 19-da keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəldikdən sonra Millay dekabrın 10-da andiçmə mərasimindən əvvəl ABŞ və İsrailə səfər etməyi planlaşdırdığını açıqlayıb. Ancaq indiyə qədər yalnız Nyu-York və Vaşinqtona səfəri baş tutub. Argentina rəhbəri dəfələrlə bəyan edib ki, o, ABŞ və İsraili əsas müttəfiqlər hesab edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki