Avropa İttifaqı Rusiyaya qarşı yeni, 13-cü sanksiyalar paketini qəbul etməyə hazırlaşır. Böyük ehtimalla fevralın 24-nə kimi qəbul olunacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb. Yeni sanksiyalar həm fiziki şəxslər, həm də şirkət və təşkilatlar üçün sanksiyalar siyahısının əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur.
Müvafiq olaraq, sanksiya siyahısına 200 fiziki və hüquqi şəxs daxil ediləcək. Onlar xüsusilə Rusiyanın hərbi və texnoloji cəhətdən güclənməsinə töhfə verən müəssisələrdir. Həmin şirkətlərin Aİ ərazisindəki aktivləri dondurulacaq.


























