image-1backend

Avstraliya Ukraynaya silah almaq üçün 32,5 milyon dollar ayıracaq

image-reklam_sirab_01

Avstraliyanın baş naziri Entoni Albanese, Ukraynaya təxminən 32,5 milyon dollar daha çox vəsait ayırmaqla yardımın həcmini artıracağını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki. hökumət başçısının ofisinin yaydığı bəyanatda qeyd edildiyi kimi, Kanberra “silah və müdafiə avadanlığının alınması üçün Ukraynaya 50 milyon Avstraliya dolları (təxminən 32,5 milyon dollar) qrant verəcək”. “Avstraliya Ukraynanı və onun cəsur xalqını dəstəkləməkdə sadiq qalır və hər bir suveren xalqın öz sərhədləri daxilində təhlükəsiz olmaq və öz gələcəyini təyin etmək hüququnun əsas prinsipini dəstəkləyir”, – Albanese bildirib.

Avstraliyanın baş naziri həmçinin qeyd edib ki, Kanberranın Kiyevə göndərdiyi maliyyə və hərbi yardımın ümumi məbləği 960 milyon Avstraliya dollarını (625 milyon dollar) keçir. Bu məbləğin 780 milyon Avstraliya dollarından çoxu (təxminən 510 milyon dollar) silahların alınmasına xərclənib.

Bundan əlavə, Albanese xatırladıb ki, Kiyevə dəstək çərçivəsində Avstraliya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinə kəşfiyyat məlumatı vermək üçün E-7 Wedgetail uzun mənzilli radar və müşahidə təyyarəsi göndərib, həmçinin 100-dən çox hərbi təlimatçı yerləşdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki