image-erdoganbackend

Baş nazirdən Ərdoğan AÇIQLAMASI: Alqışlayırıq…

image-reklam_sirab_01

Niderlandın Baş naziri Mark Rutte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığı ilə bağlı öz rəsmi internet səhifəsində paylaşım edib.

Niderlandın baş naziri Mark Rutte Türkiyənin taxıl sazişinin uzadılması üçün göstərdiyi səyləri alqışladıqlarını bildirib.

Rutte paylaşımında bildirib ki, Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayıb:

“Onunla müharibə zamanı sıx təmasda olmaq xoşdur. Türkiyənin taxıl sazişinin uzadılması üçün göstərdiyi səyləri alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyi üçün çox vacibdir. Onunla NATO çərçivəsində əməkdaşlıq və regionda baş verən proseslər haqqında da danışdıq”.publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki