image-1backend

Bayden İsrailə hərbi yardımı dayandıra bilər – POLITICO

image-reklam_sirab_01

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində genişmiqyaslı quru əməliyyatına başlayarsa, ABŞ prezidenti Co Bayden İsrailə hərbi yardımı məhdudlaşdıra bilər. Vətəninfo.az -ın məlumatına görə , bu barədə POLITICO ABŞ administrasiyasındakı müzakirələrlə tanış olan dörd mənbəyə istinadən yazır.

Mənbələrə görə, Bayden gələcək silah tədarükünün məhdudlaşdırılması ilə bağlı hələ qərar verməyib. Bununla belə, İsrail Fələstin mülki əhalisini təhlükə altına salmağa davam edəcək yeni əməliyyata başlayarsa, o, bunu edə bilər.

Nəşrin qeyd etdiyi kimi, “Baydenin bu addımı atmağa hazır olması onun İsrailin baş naziri Benyamin Netanyahu ilə münasibətlərindəki həddindən artıq gərginliyi əks etdirir”.

İsrailin yüksək rütbəli hərbi rəsmisi nəşrə bildirib ki, İsrailin Rəfaha işğalı qaçılmaz deyil. Onun sözlərinə görə, mülki şəxslər təxliyə edilməli, hərbçilər hazırlanmalıdır və hətta Netanyahu bu gün əmr versə belə, əməliyyat dərhal başlaya bilməz.

ABŞ prezidenti Rəfahda quru əməliyyatının “qırmızı xətt” olacağını bəyan etsə də, martın 10-da Netanyahu Misirlə sərhəddə yerləşən həmin şəhərdə əməliyyat keçirmək niyyətində olduğunu açıqlayıb.

Son aylar Qəzzanın şimalından və mərkəzindən təxminən 1,5 milyon fələstinli Rəfaha axışıb. Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, onların gedəcəkləri başqa yer yoxdur və Qəzzadakı əməliyyat çoxlu mülki itki ilə nəticələnəcək.

İsrail ilə Fələstinin HƏMAS radikal hərəkatı arasında müharibə 2023-cü ildən sonra başlayıb Oktyabrın 7-də Həmas yaraqlıları İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250-yə yaxın adamı əsir götürüb. İsrailin hərbi əməliyyatları zamanı Qəzza zolağında qurbanların sayı 31 100 nəfəri keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki