image-1backend

“Bəhreynli hakerlər ABŞ-nin gəmi sistemlərinə hücum ediblər” -İDDİA

image-reklam_sirab_01

Bəhreynin “Ət-Tufan” hakerlər qrupu Amerika Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının gəmilərinin bort sistemlərinə hücum ediblər.

Vətəninfo.az xəbər verir ki, bu barədə İranın Fars xəbər ajansı məlumat yayıb.

Hakerlər məxfi sənədləri ələ keçirdiklərini bildirərək mesaj veriblər: “Bizdə olan daha vacib bir şeydir və o,

Amerikanın şər planına qarşı “Müqavimət oxu”nu dəstəkləyənlərin əlinə keçəcək”.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının əsas bazası Bəhreynin paytaxtı Manamada yerləşir.
“Müqavimət” İranın regiondakı proksi qüvvələrinə istinad etmək üçün istifadə etdiyi termindir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki