image-12backend

Belçika Ukraynaya ”F-16” tədarük edəcək

image-reklam_sirab_01

Belçikanın Baş naziri Alexander De Kru ilin sonuna qədər Ukraynaya ”F-16” döyüş təyyarələri göndərəcəklərini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Belçikanın baş naziri Alexander De Kru müdafiə naziri Ludivine Dedonder ilə keçirdiyi mətbuat konfransında döyüş təyyarələrinin dəyərinin dondurulmuş Rusiya aktivləri ilə ödəniləcəyini bildirib.

Belçikada çox sayda dondurulmuş Rusiya aktivlərinin olduğunu xatırladan De Kru ”F-16” döyüş təyyarələrinin ilin sonuna qədər Ukraynaya tədarük ediləcəyini bildirib.
De Kru deyib: “Bu, Ukraynanın müdafiəsi üçün böyük bir addımdır. Ölkəmiz artıq ”F-16” koalisiyasının üzvü idi və təhvil verilmiş təyyarənin təmiri və ukraynalı pilotların təlimi mövzusunda məsuliyyət daşıyırdı. Ancaq indi ölkəmiz Ukraynaya faktiki olaraq təyyarə tədarük edəcək məhdud ölkələr qrupuna daxildir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki