image-1backend

Belurus müharibəyə hazırlaşır

image-reklam_sirab_01

Belarusun yeni hərbi konsepsiyası Minskə müttəfiq olan istənilən dövlətə hücumun respublikanın özünə hücum kimi qiymətləndiriləcəyini nəzərdə tutur. Bu barədə Belarus Baş Qərargahının informasiya və analitik idarəsinin rəisi Artem Butorin telekanalda məlumat verib.

Yanvarın 16-da respublikanın Təhlükəsizlik Şurasının iclasında yeni hərbi doktrinanın layihəsi müzakirə olunub. Rəsmi bildirib ki, sənədin yekunlaşdırılması qərara alınıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi bildirib.

“Orada (hərbi doktrinada) ümumi prinsiplər və müttəfiq kimi özümüzü necə aparacağımıza dair fikirlərimiz öz əksini tapacaq. Şübhəsiz ki, hərbi konsepsiyada bizimlə müttəfiq olan istənilən dövlətə hücumun Belarus Respublikasına hücum kimi qiymətləndirilməsini nəzərdə tutan müddəa qorunacaq.

Butorinin sözlərinə görə, doktrinada Belarus və onun müttəfiqləri tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələrin bütün müddəalarını, o cümlədən “beynəlxalq təşkilatlar çərçivəsində” birləşdirəcək ayrıca fəsil yaranacaq.

Bundan əlavə, sənəd respublikanın BMT və KTMT-nin himayəsi altında sülhməramlı fəaliyyətə münasibətini gücləndirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki