“Biz Rusiyanın müttəfiqi deyilik və bu, reallıqdır.”- Vətəninfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində deyib.
“Amma onu da demək istəyirəm ki, bizim ABŞ və ya Fransa və ya digər təhlükəsizlik tərəfdaşlarımızla təhlükəsizlik sahəsində əməkdaşlığımız digər təhlükəsizlik tərəfdaşımıza qarşı yönəlməyib. Başqa bir şey odur ki, tərəfdaşlarımızın özləri onlarla əməkdaşlığın onların təhlükəsizlik sistemlərinə necə təsir edə biləcəyi ilə bağlı narahatlıqları var. Biz mümkün qədər şəffaf olmaqla, tərəfdaşlarımızın birgə gündəliyinin bir hissəsi kimi bu məsələni idarə etməyə çalışırıq.” -deyə Paşinyan bildirib.