image-1backend

“Biz Rusiyanın qulu idik” – Erməni deputatdan etiraf

image-reklam_sirab_01

Lukaşenkonun Qarabağ provleminin həlli və Ermənistanın KTMT üzvlüyünə dair son açıqalmaları İrəvanda qəzəblə qarşılanıb.

Vətəninfo.az xəbər verir ki, Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Qaqik Melkonyan Belarus Prezidentinə qarşı nifrət püskürüb.

Lukaşenkonun Ermənistanın KTMT üzvlüyünə dair açıqalmalarına münasibət bildirən Melkonyan Belarus Prezidentini təhqir edib: “Lukaşenko çox şey deyib. Amma onun əsas leytmotivi bu idi – Ermənistan hara qaçacaq? Lukaşenko qul statusunda yaşayır, biz isə bu statusda yaşamaq istəmirik. Biz müstəqil ölkə olmaq və kiminlə istəsək, görüşüb müqavilələr imzalamaq istəyirik”.

Melkonyan Ermənistanın Rusiyanın vassalı olduğunu da etiraf edib.

“Bəs Ermənistan əvvəl müstəqil deyildimi” sualına deputat belə cavab verib: “Xeyr, biz Rusiya Federasiyasının qulu idik, çünki bizə hər şeyi diktə edən o idi – kiminlə görüşməliyik, kiminlə ünsiyyətdə olmamalıyıq, kiminlə əlaqə saxlamalıyıq, ölkəmizdə kim prezident olmalıdır…”

“Niyə belə olan halda Ermənistan KTMT-dən çıxmır” sualına isə deputat “Vaxtı gələndə hər şeyi edəcəyik”, – deyə cavab verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki